Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Far.Az xəbər saytı

Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib


ABŞ-nin vitse-prezidenti Cey Di Vens Fransada etiraz aksiyaları fonunda baş verən kütləvi iğtişaşları şərh edərək Qərb liberallarını miqrantların assimilyasiyası problemlərinə məhəl qoymamaqda ittiham edib.

"Far.Az" xəbər verir ki, ABŞ-nin vitse-prezidenti bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Qərb liberalları müxtəliflik və mərhəmət naminə üçüncü dünyanı Fransaya və digər ölkələrə gətiriblər. Onlar assimilyasiya və uyğunluqla bağlı fundamental məsələlərə məhəl qoymayıblar. Bunun belə nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edilsə də, onlar qulaq asmayıblar", – Vens bildirib.

O, Fransa hakimiyyətinin iğtişaşları dayandıracağına və dağıntıların daha da genişlənməsinin qarşısını alacağına ümid etdiyini bildirib.

"Ümid edirəm ki, gözəl insanları olan gözəl ölkə Fransa daha çox görməli yeri yanıb kül olmamış bu dəliliyə son qoyacaq", – ABŞ-nin vitse-prezidenti yazıb.

Vens amerikalıları da Fransada baş verənlərə diqqət yetirməyə çağırıb və bu hadisələri ABŞ-də Demokratlar Partiyasının miqrasiya siyasəti ilə əlaqələndirib.

"Ümid edirəm ki, amerikalılar da baş verənlərə diqqət yetirəcəklər. Konqresdəki demokratların ölkəniz üçün istədiyi gələcək məhz budur", – o əlavə edib.

Oxşar xəbərlər

İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər