Azərbaycan OIV ilə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan OIV ilə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı (OIV) arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Far.Az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə OIV-nin Baş direktoru Con Barkerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Tərəflər bu sahələrdə mövcud potensialın daha səmərəli istifadəsi, istehsalçıların dəstəklənməsi və sektorun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüş zamanı Azərbaycanda üzümçülük və şərabçılığın mövcud vəziyyəti, sahənin inkişaf perspektivləri, yeni üzüm bağlarının salınması, aqrar dəstək mexanizmləri və subsidiyalar, istehsalın və ixrac imkanlarının genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Qeyd olunub ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması, istehsalın səmərəliliyinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi əsas prioritetlərdəndir. Dövlət Proqramında müəyyən edilmiş hədəflər üzümçülük və şərabçılıq sahələrinin inkişafı, istehsal potensialının gücləndirilməsivə yerli məhsulların beynəlxalq bazarlarda rəqabət imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bu istiqamətdə dayanıqlı istehsalın təşviqi, innovasiyaların tətbiqi və ixrac imkanlarının artırılması xüsusi önəm kəsb edir.

Tərəflər üzümçülük təsərrüfatlarının inkişafına dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi, şərab istehsalının artırılması, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, 1924-cü ildə yaradılmış Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı bu sahədə qlobal istinad mənbəyi olan elmi-texniki hökumətlərarası qurumdur. Təşkilatın üzv ölkələri dünya üzrə üzüm bağlarının 90 %-ni, şərab istehsalının 88 %-ni, istehlakının isə 75 %-ni əhatə edir. Azərbaycan təşkilatla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və ekspertləri OIV-in Baş Assambleyasında, iclaslarında və seminarlarında müntəzəm iştirak edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Çində keçirilən üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər