Naxçıvan Ombudsmanı Şahbuzda mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib
Naxçıvan Ombudsmanı Şahbuz rayonunda baş vermiş mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva muxtar respublikanın Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanovu ziyarət edib.
O, B.Sultanovun müayinə və müalicə olunduğu müəssisədə onunla görüşüb, sağlamlıq hüququnun təmini vəziyyəti ilə bağlı məlumat alıb, tezliklə sağalmasını diləyib.
Görüş zamanı Müvəkkil bildirib ki, Ermənistanın vaxtilə Azərbaycan ərazilərində basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir.
Müvəkkil mina basdırılmış ərazilərin dəqiq xəritələrinin Azərbaycna təqdim edilməməsinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törətdiyini vurğulayıb.
BAKU.WSOxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













