Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Far.Az xəbər saytı

Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb


Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər müvafiq beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb ekspertizasının inkişaf etdirilməsi və zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamalıdırlar.

"Far.Az" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsinin Məcburi Yoxa Çıxmalar üzrə Komitənin sədri ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.

Diplomat qeyd edib ki, itkin düşmüş şəxslər məsələsi silahlı münaqişələrin ən ciddi narahatlıq doğuran məsələlərindən biridir və bütün dünyada müxtəlif regionlarda insan həyatına təsir göstərən qlobal çağırış kimi nəzərdən keçirilməlidir.

"Bu baxımdan, itkin düşmüş şəxslərin taleyi post-münaqişə dövründə Azərbaycan üçün ən mühüm prioritetlərdən biri olaraq qalır. Keçmiş münaqişə ilə əlaqədar olaraq 4000-dən çox şəxs itkin düşmüş kimi qeydiyyata alınıb.

Eyni zamanda, münaqişə başa çatdıqdan bəri 253 nəfərin qalıqlarının olduğu 32 kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsinin əlavə sübutunu təqdim edir", - Ş. Hacıyev deyib.

Onun sözlərinə görə, dəfn yerləri, xüsusən də kütləvi məzarlıqlar barədə bütün zəruri məlumatların verilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması itkin düşmüş şəxslərin ailələrinin bilmək hüququnun həyata keçirilməsi üçün görülməli olan tədbirlər sırasındadır:

"İtkin düşmüş şəxslərlə bağlı bütün müvafiq məlumatların ötürülməsi qanuni öhdəlik və humanitar məsuliyyət olmaqdan əlavə, sülhə sadiqliyin əməli nümayişi kimi xidmət edəcək və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verəcək".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər