Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib
İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) iqlim böhranının ədalətli və səmərəli həlli üçün birgə öhdəlik olmalıdır.
“Report” xəbər verir ki, bunu Palau Respublikasının Prezidenti Surangel Uipps COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
O, iqlim konfransının yüksək səviyyədə təşkilinə və kiçik ada dövlətlərinin problemlərinin həllində göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Palau bir çox kiçik ada ölkələri kimi iqlim dəyişikliyinin nəticələrini kəskin şəkildə yaşayır. İqlim dəyişikliyi bizim ərzaq təhlükəsizliyimizə, infrastrukturumuza, iqtisadiyyatımıza, mədəniyyətimizə və mövcudluğumuza təhdid yaradır", - o bildirib.
Palau Prezidentinin sözlərinə görə, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) iqlim böhranının ədalətli və səmərəli həlli üçün birgə öhdəlik olmalıdır: “NCQG ölkələrin uyğunlaşma, təsirlərin azaldılması, itki və zərərlərin kompensasiyası ehtiyaclarını ödəmək üçün kifayət qədər maliyyələşdirməyə asan çıxışı təmin etməlidir”.
Oxşar xəbərlər
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
-
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
-
Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər













