Nurali Asozoda: "Bakı Harmoniya Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli nümunədir"
Far.Az xəbər saytı

Nurali Asozoda: "Bakı Harmoniya Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli nümunədir"


Bakı Harmoniya İqlim Təşəbbüsünün region ölkələri üçün mühüm əməkdaşlıq platformasıdır.

“Far.Az” xəbər verir ki, bunu Tacikistanın kənd təsərrüfatı nazirinin birinci müavini Nurali Asozoda COP29 çərçivəsində keçirilən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” adlı tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini Azərbaycanın bu təşəbbüsdəki rolunu yüksək qiymətləndirərək, qeyd edib ki, o, iqlim dəyişikliyi ilə mübarizədə güclü əməkdaşlıq mexanizminin yaradılması baxımından əhəmiyyətli nümunədir.

N.Asozoda iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərini azaltmaq məqsədilə Tacikistan hökumətinin genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb. O, bu tədbirlər çərçivəsində texnoloji yeniliklərin tətbiqi, suya qənaət edən texnologiyalar və təbii resursların səmərəli istifadəsi ilə bağlı təşəbbüslərin dəstəkləndiyini qeyd edib.

“Bu addımlar təkcə məhsuldarlığı artırmır, həm də iqlim dəyişikliyinə qarşı dayanıqlıq baxımından mühüm rol oynayır”, - deyə nazir müavini bildirib.

N. Asozoda həmçinin fermerlərin bilik və bacarıqlarını artırmaq üçün maliyyə idarəçiliyi, maliyyə savadlılığı və kooperativlərin idarə olunması sahəsində təlimlərin həyata keçirildiyini diqqətə çatdırıb. “Xüsusilə qadın fermerləri dəstəkləməklə, fermer icmalarının daha dayanıqlı və səmərəli sistemlərə keçidini təmin etmək bizim əsas məqsədlərimizdəndir”, - deyə o əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın suya qənaət və səhrada məhsul əldə etmək təcrübəsi - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Burundi rəsmisi: "Bakı Harmoniya İqlim Təşəbbüsü uğurlu olacaq"
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər