Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 34 mindən çox şəxs qəbul edilib
Far.Az xəbər saytı

Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 34 mindən çox şəxs qəbul edilib


Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində 34 015 şəxs qəbul edilib.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, hesabat dövründə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödənişləri və digər məsələlər üzrə ümumilikdə 49 341 xidmət göstərilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Bildirilib ki, göstərilən xidmətlərin 82 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin verilməsi;

- "ASAN İmza" sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-sentyabr aylarında vergi ödəyicilərinə məlumatlandırma xarakterli 891 544 bildiriş (məktub) göndərilib, 89 görüş keçirilib, 526 ünvanlı xidmət göstərilib.

Həmçinin qeyd olunan dövrdə 3 494 müraciət üzrə 5 964 "Asan İmza" sertifikatı verilib.

Oxşar xəbərlər

Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər