TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
Far.Az xəbər saytı

TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib


TÜRKPA-nın 15-ci plenar iclası çərçivəsində Bişkek şəhərində "Qadınlar və mədəni diplomatiya: dil və ortaq ənənələr vasitəsilə birliyin gücləndirilməsi" mövzusuna həsr olunmuş Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib.

Bu barədə BAKU.WS-ə TÜRKPA-dan məlumat verilib.

Bildirilib ki, iclasa Qrupun rəhbəri, Qazaxıstan Respublikasının Qurultayının üzvü Ayjan Temerbayeva sədrlik edib. Tədbir üzv dövlətlərin qadın parlamentarilərini bir araya gətirərək iclasın əsas mövzusu ətrafında dialoq və fikir mübadiləsi üçün imkan yaradıb.

İclasda parlament üzvləri Tamam Cəfərova (Azərbaycan), Ayjan Temerbayeva (Qazaxıstan), Medina Kayrılbekova (Qırğızıstan) və Zeynep Yıldız (Türkiyə), həmçinin TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov çıxış ediblər.

Müzakirələr mədəni diplomatiyanın təşviqində qadınların roluna, ortaq mədəni irsin qorunmasına, dil və ənənələr vasitəsilə TÜRKPA üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsinə həsr olunub. İştirakçılar mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, dil müxtəlifliyinin təşviqi, eləcə də qadınların mədəni mübadilə və ictimai diplomatiyada fəal iştirakının dəstəklənməsi ilə bağlı fikirlərini bölüşüblər.

Qrup müvafiq hesabat məruzəsini və tövsiyə qərarlarını qəbul etmiş və 6-cı iclasın TÜRKPA-nın 16-cı plenar iclasını çərçivəsində Türkiyə Respublikasında "Rəqəmsal dövrdə qadın liderliyi: siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə qadınların səlahiyyətlərinin genişləndirilməsi" mövzusunda keçirilməsinə qərar verilib.

İclas Qadın Parlamentarilər Qrupunun icraçı katibi və komissiya katibi Aynurə Abutalıbovanın koordinasiyası ilə keçirilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər