Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib.
Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar qeydə alınıb.
Polis gözyaşardıcı qazdan və su şırnaqlı maşından istifadə edib. Paris Polis Prefekturası 100-dən çox şəxsin saxlanıldığını açıqlayıb.
Səhər saatlarından etibarən, xüsusilə dəmir yolu vağzallarının yaxınlığında yoxlamalar aparılıb.
Həmçinin Parisdə həmkarlar ittifaqlarının birgə təşkil etdiyi yürüşün və "sarı jiletlilər"in Respublika meydanından Klişi meydanına doğru hərəkət etməsinə icazə verilib.
Bununla yanaşı, paytaxtın bir sıra ərazilərində toplantılar qadağan edilib. Qadağanı pozanları 135 avro cərimə gözləyir.
Marseldə isə nümayişçilər bələdiyyə polisinin bölməsinə və meriyaya daxil olublar. Marselin 3-cü rayonunda yerləşən polis bölməsində şüşələr sındırılıb və tüstü fişəngləri atılıb. Prefektura bələdiyyə polisinin bölməsinə ziyan dəydiyini bildirib.
Lionda səhər saatlarında yolların bağlanması cəhdləri qeydə alınıb, bir neçə qrup polis tərəfindən dağıdılıb.
Renn şəhərində isə etirazçılar dairəvi avtomobil yolunda barrikadalar qurublar.
Marsel, Nansi və Lill şəhərlərində də səhər saatlarında yolların bağlanması halları müşahidə olunub.
Oxşar xəbərlər
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir













