Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ
Far.Az xəbər saytı

Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ


Ağstafa rayonunun Poylu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisi nəzərdə tutulur. Layihə kənddə təhsil infrastrukturunun yenilənməsi və şagirdlər üçün daha əlverişli tədris şəraitinin yaradılması baxımından əhəmiyyət daşıyır.

Far.Az-in məlumatına görə, tikinti işlərini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.

S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin tikintisi üçün ehtimal olunan vəsait 4 milyon 592 min 896,30 manat müəyyən edilib.

Yeni məktəbin inşası Poylu kəndində təhsil alan uşaqların müasir və daha münasib şəraitdə oxumasına imkan yaratmaqla yanaşı, təhsil müəssisəsinin şagird tutumuna olan ehtiyacın qarşılanmasına da töhfə verəcək.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər