"Bank of Baku" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"Bank of Baku" maliyyə vəziyyətini açıqlayıb


"Bank of Baku" ASC bu ilin yanvar-sentyabr aylarını 27,045 milyon manat xalis mənfəətlə başa vurub.

"Far.Az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur.

9 ayda "Bank of Baku"nun gəlirləri 183,276 milyon manat (1 il əvvələ nisbətən 27 % çox), xərcləri 146,05 milyon manat (28,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,383 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 7,899 milyon manat (3,2 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə "Bank of Baku"nun aktivləri 1 milyard 566,315 milyon manat olub ki, bu da illik müqayisədə 40,1 % çoxdur. Bunun 1 milyard 116,224 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 37,6 % böyüyüb.

Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 44,7 % artaraq 1 milyard 372,728 milyon manata, o cümlədən depozit portfeli 51,6 % artaraq 1 milyard 59,09 milyon manata, balans kapitalı isə 14,6 % artaraq 193,587 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Oxşar xəbərlər

Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Bank VTB Azərbaycan"ın depozit portfeli 11 %-ə yaxın azalıb
"Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər