Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
Far.Az xəbər saytı

Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cins damazlıq heyvanların verilməsinə başlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, özünəməşğulluq proqramına qoşulan Ağdam, Xocalı və Laçın sakinlərinə "Simmental" və "Holstein" cinslərinə aid heyvanlar paylanılıb.

Qeyd edilib ki, ümumilikdə işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bugünədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət istiqamətləri üzrədir.

Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına dəstək məqsədi daşıyır.

***13:33

Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Xatırladaq ki, ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər