Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak və təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Anar İskəndərov ilə görüşüb.
Bu barədə "Far.Az"a DMX-dən məlumat verilib.
V.Hüseynov BMqT ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumundan sonrakı dövrdə "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın "Çempion ölkələr" təşəbbüsünün həmsədri qismində Qlobal Paktın həyata keçirilməsi məqsədilə praktiki addımların müəyyənləşdirilməsi istiqamətində görüdüyü işləri qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Lars Yohan Lönnbak Dövlət Miqrasiya Xidməti ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.
Görüşdə BMqT ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasında fövqəladə hallara hazırlıq potensiallarının gücləndirilməsi" layihəsi üzrə aparılan işlər, eləcə də ölkəmizdə miqrasiya üzrə təqdiqatların genişləndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Dövlət Miqrasiya Xidmətində Qlobal Pakta dair məsləhətləşmələr aparılıb
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Gədəbəydə avtomobil aşıb, ölən var
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













