Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi
Fransanın PSJ klubunda çıxış edən gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması ilə nəticələnən zədəsindən sonra ilk dəfə açıqlama verib.
BAKU.WS xəbər verir ki, 24 yaşlı hücumçu zədəsini UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Barselona" ilə keçirilən oyunda alıb.
PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada futbolçunun sağ dizinin ön çarpaz bağının qopduğu müəyyənləşib.
Kvaratsxeliya sosial şəbəkə hesabında paylaşım edərək yaşadığı məyusluğu dilə gətirib. O, hər oyundan əvvəl meydanı sağlam tərk etmək üçün Allaha dua etdiyini bildirib.
"Çoxları məndən soruşurdu, bəziləri isə belə düşünürdü ki, əgər dünyadakı bütün futbolçular dua etsəydilər, hər oyun heç-heçə ilə başa çatardı. Bəlkə də, elədir. Ancaq mən hər matçdan əvvəl meydanı sağlam tərk etmək üçün Allaha dua edirdim. Təəssüf ki, bu dəfə dualarım nəticəsiz qaldı.
Çox vaxt keçməyib, amma bir sual hələ də beynimdən çıxmır: niyə məhz mən?
Heç vaxt özümə yazığım gəlməyib. Əksinə, düşünürəm ki, bu oyuna bəlkə də əvvəlki bütün matçlardan daha yaxşı hazırlaşmışdım. Hər şeyə hazır olduğumu düşünürdüm, amma bunun baş verəcəyini gözləmirdim.
Bununla belə, anlayıram ki, yaradan məni seçib. Əgər mənim bu zədəmi yaşamağım sayəsində meydandakı digər futbolçular zədədən qorunublarsa, qarşıdakı aylar ərzində məni gözləyən ağır məşqlərə, ağrıya və göz yaşlarına dözməyə hazıram.
Bilirəm ki, daha güclü qayıtmalıyam. Həmişə yanımda olan insanlar naminə bunu etməliyəm. Sizi məyus etməyəcəyəm, əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Tezliklə görüşənədək", – deyə futbolçu yazıb.
Qeyd edək ki, ön çarpaz bağın qopması futbolçuların uzun müddət yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilən ciddi zədələrdəndir. Kvaratsxeliyanın nə vaxt sıraya dönəcəyi ilə bağlı isə əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu













