Məcnun Məmmədov: "Azərbaycanda kənd icmalarının davamlılığı gücləndirilməlidir"
Kənd təsərrüfatı sahəsi ilə bağlı çağırışların həlli həm də "Vahid Sağlamlıq yanaşması"nı qəbul etməkdən keçir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda dəyirmi masada bildirib.
"Kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyinin təməli deyil, həm də iqlim adaptasiyası və yumşaldılmasında mühüm amildir. Lakin bu sektor ciddi çağırışlarla üzləşir. Torpağın deqradasiyası, su çatışmazlığı və zoonotik xəstəliklərin yayılması qlobal ərzaq sistemlərimizi təhdid edir. Bunları həll etmək üçün biz kənd təsərrüfatı sistemlərimizə davamlı təcrübələri inteqrasiya etməli, biomüxtəlifliyi təşviq etməli və kənd icmalarının davamlılığını gücləndirməliyik. Bu məqsədlər fermerlərin Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas hədəfləri ilə uzlaşır", - M. Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, bu çağırışların həlli "Vahid Sağlamlıq yanaşması"nı qəbul etməkdən və sahələrarası əməkdaşlığı təşviq etməkdən keçir: "Bu mənada tədqiqatçılar, siyasətçilər, fermerlər, baytarlar və ictimai səhiyyə mütəxəssisləri birlikdə işləməlidirlər. Biz biomüxtəlifliyi qoruyan, xəstəlik risklərini minimuma endirən və məsuliyyətli torpaq və su idarəetməsini təşviq edən siyasətlər inkişaf etdirə bilərik".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













