Kolumbiya uğurlu iqlim keçidi üçün qlobal maliyyə sistemində islahatların aparılmasını tələb edir
COP29 iqlim konfransında Kolumbiyanın nümayəndəsi qalıq yanacaqlara əsaslanan iqtisadiyyatdan uğurlu keçid üçün yeni maliyyə yanaşmasının yaradılmasının vacibliyini vurğulayıb.
“Report” xəbər verir ki, bunu Kolumbiyanın ətraf mühit və davamlı inkişaf naziri Mariya Susana Muhamad COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.
O, investisiyalara çıxışı çətinləşdirən yüksək risklərə və xidmət xərclərinə diqqət çəkib: "Belə yüksək risklər və kapital dəyəri fonunda bütün iqtisadi keçidi necə həyata keçirəcəyik?".
"Biz daha çox borc götürə bilmərik", - M.Muhamad bildirib və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün maliyyə institutlarında dəyişikliklərin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Kolumbiya COP29-dan inkişaf etməkdə olan ölkələrə dəstək və borc yükünün yüngülləşdirilməsi üçün əhəmiyyətli maliyyə paketinin yaradılmasına doğru ilk addımı gözləyir. Nazir iqlim keçidi üçün uzunmüddətli maliyyələşməyə çıxışı təmin edəcək "həyat üçün maliyyə paktı"nın yaradılmasına çağırıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29-un yüksək səviyyəli görüşü: Nazirlər iqlim böhranı ilə mübarizədə birgə səylər göstərməyə çağırıb
BMT-nin Baş katibi: COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək













