Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3.9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2.6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Qeyd edilib ki, avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası aparılır.
1 nömrəli tunel - yolun 0.8-ci km-də ("Şəki dairəsi") yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə - 120 m, açıq hissə - 386 m).
2 nömrəli tunel - yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə - 74,09 m, açıq hissə - 289 m).
3 nömrəli tunel - yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə - 192,8 m, açıq hissə - 114,5 m).
4 nömrəli tunel - yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə - 259,5 m, açıq hissə - 390,6 m, çıxış hissəsi - 244,6 m).
Məlumatda qeyd olunur ki, 1 nömrəli tunel "Şəki dairəsi" adlanan ərazidə inşa edilir. Artıq bu tunel üzrə fiziki işlərin tərəqqisi 65 faizdir.
Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
2-ci yeraltı piyada keçidində (km 1+328) 78%, 3-cü keçiddə isə (km 3+077) 95% iş icra edilib.
Tikinti prosesi "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Bakıda yeni avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













