Mərakeşli gənclər Naxçıvana səfər ediblər
Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən mədəni mübadilə proqramı çərçivəsində 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
"Far.Az"un yerli bürosu xəbər verir ki, 21–22 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasına səfər edən nümayəndə heyəti Heydər Əliyev Muzeyini, Xan Sarayını, Nuh türbəsini, Naxçıvanqalanı və Naxçıvan Dövlət Universitetini ziyarət ediblər.
Heyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları müşayiət ediblər.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkənin mədəni dəyərlərinin qorunmasında və gənclər arasında əlaqələrin inkişafında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfərin ikinci günündə qonaqlar Əshabi-Kəhf ziyarətgahı ilə tanış olublar.
Qeyd edək ki, mərakeşli gənclərin Azərbaycana səfər proqramı 16–25 oktyabr tarixini əhatə edir.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













