Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat
Far.Az xəbər saytı

Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat


Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızla mütəmadi görüşüb. Bir müddət sonra Rəhman qızı rayon ərazisindəki mənzillərdən birinə gətirərək, onunla cinsi əlaqədə olub. Rəhman qızla evlənəcəyini söz verib və onu buna inandırıb. Məktəbli qız da onun bu sözünə inanaraq cinsi əlaqədə olmağa razılıq verib.

Bir müddət sonra Rəhman qızdan ayrılıb və onun nömrəsini tanışı, 2003-cü il təvəllüdlü Tamerlana verib. Tamerlan da bundan sonra həmin qızla münasibətdə olub. Tamerlan qızı aldadaraq avtomobilinə əyləşdirib Qax-Sarıbaş yoluna aparıb, orada qızla avtomobildə cinsi əlaqədə olub.

Hadisədən qızın valideynləri xəbər tutub və polisə şikayət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəhman və dostu Tamerlan saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəhman 6 il, Tamerlan isə 6 il 6 ay azadlıqdan məhrum ediliblər.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər