Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu
Far.Az xəbər saytı

Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu


Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.

Far.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin "Qlobal idarəetmə və diplomatiya" (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində yer alacaq.

"O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək. Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekan (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin olunması, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.

Qeyd edək ki, Nuranə Məmmədova magistratura təhsilini də Dövlət Proqramı çərçivəsində "Diplomatik tədqiqatlar" ixtisası üzrə Oksford Universitetində alıb. Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər