Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkiblər.
"Far.Az" xəbər verir ki, Leyla Əliyevaya və Alyona Əliyevaya müəssisənin fəaliyyəti, burada yaradılan iş imkanları və sosial dəstəyə ehtiyacı olan qadınların məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə "Tənha anaların sosial inkişafına dəstək" layihəsi çərçivəsində yaradılan müəssisədə hazırda 21 qadın çalışır. Dövlətimizin dəstəyi ilə 10 qadınla fəaliyyətə başlayan müəssisə fəaliyyətini genişləndirərək Şamaxı rayonunun Göylər kəndində filialını açıb. Hazırda hər iki müəssisədə ümumilikdə 50-yə yaxın qadın çalışır.
Müəssisələrdə tənha analarla yanaşı, aztəminatlı ailələrin nümayəndələri də işlə təmin olunublar. Əsas hədəf işçi qüvvəsini artırmaq, daha çox qadının məşğulluğuna şərait yaratmaq və daha çox ailənin sosial rifahına töhfə verməkdir.
Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva qadınların iş prosesi ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıblar. Onlar müəssisədə çalışan qadınlarla xatirə şəkilləri çəkdiriblər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













