Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, mədəniyyətlərarası dialoq, təhsil, elm, süni intellekt, mədəni irs, dayanıqlı turizm, "İnsan və Biosfer" Proqramı, habelə Afrika ölkələrinə və kiçik adandövlətlərinə dəstək məsələləri müzakirə olunub.
Tərəflər 2013-cü ildə imzalanmış Çərçivə Sazişinin və yaradılmış Azərbaycan-UNESCO Etimad Fondunun əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd ediblər. Azərbaycanın öz prioritetlərinə uyğun UNESCO proqram və layihələrinə dəstəyini davam etdirməkdə maraqlı olduğu vurğulanıb.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun fəal iştirakı məmnunluqla qarşılanıb. Təşkilat tərəfindən Forum çərçivəsində üç panelin təşkil olunduğunu qeyd olunub.
E. Məmmədov "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" və Rəqəmsal İnkişaf Şurası barədə məlumat verib. Süni intellekt texnologiyalarının ölkənin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunduğu bildirilib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib. UNESCO üçün prioritet istiqamət təşkil edən Afrika ölkələrinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada dövlətlərinə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













