UKMTO: Fars körfəzində bir tankerin yandığı barədə məlumat daxil olub
Far.Az xəbər saytı

UKMTO: Fars körfəzində bir tankerin yandığı barədə məlumat daxil olub


İraqın Əl-Fao liman şəhərindən 63 dəniz mili (təxminən 117 kilometr) cənub-şərqdə, Fars körfəzində bir tanker (yük gəmisi) yanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) məlumat daxil olub.

"Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) İraqın Əl-Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə, Fars körfəzində bir tankerin yandığı barədə çoxsaylı məlumatlar alıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, məlumat verilən vaxt ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri məlum deyil:

"Səlahiyyətli orqanlar araşdırma apararkən, gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur".

Xatırladaq ki, İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi Fars körfəzi sahillərinin nəzarətdə saxlanıldığını bildirib.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər