55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?
Paytaxtda köhnə avtobuslarla bağlı problemlər davam edir. Növbəti şikayət Sabunçu və Yeni Günəşli qəsəbələri istiqamətində hərəkət edən 55 nömrəli marşrutla bağlıdır.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən marşrut xətti üzrə avtobuslar köhnə olduğu üçün tez-tez yolda nasazlıq halları baş verir. Bu vəziyyət avtobusların hərəkət intervalına da təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, 55 nömrəli marşrut xəttində avtobusların bir qismi yenilənib. Proses davam etdirilir.
"Marşrutun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulması ilə nəticələnə bilir. Buna baxmayaraq, daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













