Soyuzbek Nadırbekov: Qırğızıstan mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir
Qırğız Respublikası mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir.
"Report"un məlumatına görə, bunu Qırğız Respublikasının mədəniyyət nazirinin müavini Soyuzbek Nadırbekov Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" adlı müzakirədə deyib.
O, Azərbaycan və Qırğızıstan arasındakı münasibətləri misal çəkərək bunu qarşılıqlı hörmət və dialoqun nümunəsi adlandırıb:
"Bakı Prosesi xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformaya çevrilib. Qırğız Respublikası ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri bu əməkdaşlığın parlaq nümunəsidir. Qırğız Respublikası gənclər arasında mübadilənin genişləndirilməsinə və süni intellektin imkanlarından istifadəyə açıqdır. Sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin qorunması və daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
S.Nadırbekov bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, bu gün dünya qarşısında ümumi vəzifə dialoq və tərəfdaşlıqdan konkret birgə fəaliyyətə keçməkdir:
"Qloballaşma, dezinformasiyanın yayılması və süni intellektin inkişafı şəraitində mədəniyyət etimadın və qarşılıqlı hörmətin əsası kimi xüsusi önəm daşıyır".
Nazir müavini bildirib ki, mədəni dialoq Qırğız Respublikası üçün milli irsin qorunub saxlanılması və mədəni müxtəlifliyə hörmətlə sıx əlaqəlidir.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb













