Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb
Far.Az xəbər saytı

Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb


2026-cı ilin sentyabr ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil edib.

Far.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində öz əskini tapıb.

Qeyd edilir ki, bu məbləğin 7 milyard 755 milyon manatı elektron ticarət vasitəsilə aparılan əməliyyatların payına düşüb.

POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 1 milyard 220 milyon manat, bankomat və özünəxidmət terminalları vasitəsilə isə təxminən 2 milyon manat olub.

Elektron ticarət sentyabrda ölkədaxili kartlarla nağdsız ödənişlərin həcminin təxminən 86,4%-ni təşkil edib.

Ümumilikdə, yanvar–sentyabr aylarında kartlarla ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 11,7% artıb. Bu dövrdə nağdsız əməliyyatların ölkədaxili kart əməliyyatlarının ümumi həcmində payı 69,7% olub.

Oxşar xəbərlər

Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
"Kartdan-karta" dövrü geri qayıdır - Bəzi ticarət obyektlərində POS-terminallar niyə işləmir?
Azərbaycanlı turistlərin nəyə pul xərclədiyi məlum oldu
Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA
Azərbaycanda nağdsız ödənişlər il ərzində 11 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər