Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər
Azərbaycanda ictimai nəqliyyat sahəsində elektriklə işləyən nəqliyyat vasitələrinin şarj olunmasında bərpa olunan mənbələrdən istifadə edilməsi pilot layihələr olaraq tətbiq oluna bilər.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini Fərman Qurbanlı bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, enerjidən daha səmərəli istifadə yanma nəticəsində yaranan emissiyaları azaltmağa imkan verəcək ki, bu da öz növbəsində 7-ci Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir:
" Ölkədə metanın atmosferə birbaşa buraxılması nəticəsində yaranan emissiyanın azaldılması üçün əməliyyat prosesləri təkmilləşdiriləcək və daha səmərəli texnologiyalar tətbiq olunacaq".
O qeyd edib ki, avadanlıqlarda və boru kəmərlərində sızmaların aşkarlanması və aradan qaldırılması, emissiyaların kompensasiyası üzrə proqramların hazırlanması, meşələrin bərpası və bərpa olunan enerji layihələri vasitəsilə istixana qazlarının azaldılması da görüləcək işlər arasındadır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













