Sənan Vəlizadə: "Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir"
Kiberhücumların qarşısını almaq üçün sektorlararası məlumat mübadiləsi vacibdir.
"Report" xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin Rəqəmsal Təhqiqatlar Mərkəzinin rəhbəri Sənan Vəlizadə "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
Onun sözlərinə görə, məlumatın paylaşılması ilə bağlı halı birbaşa kibertəhlükəsizlik hücumu kimi qiymətləndirmək olmaz: "Hücum davranışı tamamilə başqa məsələdir. Məlumatın faktiki olaraq sızdırılması və digər qeyri-etik hərəkətlərlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədəuyğundur. Məsələn, bir şəxs müəyyən məlumatı həmkarı ilə, yaxud həmkarının sistemi vasitəsilə paylaşdığını və topladığını söyləyə bilər. Amma əslində, həmin məlumatdan faydalanmaq mümkün olmur. Digər tərəfdən, bu cür halların qarşısının alınması istiqamətində tədbirlər nəzərdən keçirilərkən, müvafiq risklərin əksəriyyəti qiymətləndirilməyə və ya lazımi tədbirlər görülməyə bilər".
S.Vəlizadə qeyd edib ki, kibertəhlükəsizlik hücumları bəzi hallarda müxtəlif sektorlarda daha geniş yayılır: "Məsələn, hər hansı maliyyə institutuna və ya maliyyə qurumuna kiberhücum baş verdikdə, eyni vaxtda və ya qısa müddət ərzində digər qurumlar və sahələr də belə hücumlara məruz qala bilər. Bəzən isə hücum edən qruplar yalnız bir sektoru hədəf alırlar. Lakin biz maliyyə sektoruna edilən hücumların sonradan telekommunikasiya və digər sektorlara da yönəldiyini praktikada görmüşük. Burada əsas məsələ məlumat mübadiləsinin yalnız sektor daxilində deyil, həm də sektorlararası səviyyədə təşkil edilməsidir. Bu, müvafiq təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan verməlidir. Bu məqsədlə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlar olaraq biz də müvafiq platformadan istifadə edə bilərik və edəcəyik. Artıq həmin platformada özəl sektoru təmsil edən 60-dan çox qurum var".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













