Neftçalada 21,7 min ton pambıq istehsal edilib
Far.Az xəbər saytı

Neftçalada 21,7 min ton pambıq istehsal edilib


Neftçala rayonunda yığım başlanan gündən indiyədək 21 min 700 tondan çox pambıq yığılıb.

Bu barədə “Far.Az”un Aran bürosuna Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.

Məlumata görə, bu il rayonda 8 min hektar sahədə pambıq əkilib.

Becərmə dövründə aqrotexniki qaydalara əməl edildiyindən pambıq tarlalarında bol məhsul yetişdirilib.

Məhsul toplanışının 90-95 faizi pambıqyığan maşınlarla həyata keçirilib. İndiyədək 7 min 400 hektar sahənin məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta hesabla hər hektardan 27 sentner məhsul götürülüb.

Hazırda məhsul yığımı davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq
Sabirabadda pambığın məhsuldarlığının artacağı proqnozlaşdırılır
Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfə artırıb
Cəlilabadda pambıq tarlalarında məhsul maşınlarla yığılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər