Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:
"9 yaşlı bacısı isə qardaşımla qalır. Uşağın anası işlədiyi üçün körpəni dayəyə verib. Ayda 250 manat ödəyirmiş. Həmin dayə bizim övladımızdan başqa dörd uşağa da baxır. Hadisədən sonra anası deyir ki, ötən həftə də uşağın üzündə xəsarət olub, dayə fotosunu göndərib yıxıldığını deyib. Dünən morqda baxdım ki, üzündəki həmin izlər qapqara idi. Dünən ikinci dəfə yıxılaraq başı dəyib, beyninə qan sızıb".
Onun sözlərinə görə, dayənin qayınanası hadisə baş verən kimi azyaşlını xəstəxanaya aparıb.
Teymur Əliyev deyib ki, dayə və ailə üzvləri yaşadıqları kirayə evi tərk ediblər, hüquq-mühafizə orqanları axtarış aparır.
***08:35
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.
Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb.
Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.
Hadisə baş verən zaman uşağın atası işdə olub.
Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Bağçada dayə tərəfindən uşağa təzyiq göstərilməsi iddiaları TƏSDİQLƏNMƏDİ
Bakıda ana azyaşlı qızının bədəni yandırdı, kəmərlə döydü - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb













