Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
Azərbaycan BMT Turizm təşkilatı tərəfindən 2027-ci ildə təşkil ediləcək 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumunun keçirilmə məkanı olaraq müəyyən edilib.
BAKU.WS bu barədə Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir.
Forumun gələn ilin iyun ayında Qəbələ şəhərində reallaşdırılması planlaşdırılır.
"Bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkənin zəngin qastronomiya mirasının dünya miqyasında tanınması və qastronomiya turizmi istiqamətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum zamanı Azərbaycanın milli kulinariya sənəti, ənənəvi qastronomiya irsi və yerli məhsullar beynəlxalq turizm və qastronomiya sahəsinin ekspertlərinə nümayiş etdiriləcək", - məlumatda deyilir.
BMT Turizm təşkilatının təşəbbüsü ilə 2015-ci ildən bəri həyata keçirilən Ümumdünya Qastronomiya Turizmi Forumu turizm və qastronomiya sektorunda çalışan peşəkarları, elm adamlarını, istehsalçıları, sahibkarları və dövlət strukturlarının təmsilçilərini bir arada toplayır. Forumun başlıca hədəfi qastronomiya turizmi sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, uğurlu təcrübələri müəyyənləşdirmək və qastronomiya turizminin turizm destinasiyalarının inkişafındakı rolunu möhkəmləndirməkdir.
Forum yerli qastronomiya adət-ənənələrinin və mədəni irsin mühafizəsi, yerli məhsulların dünyaya tanıdılması, həmçinin turizm yolu ilə iqtisadi yüksəlişin təmin edilməsi məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma funksiyasını yerinə yetirir.
DTA-nın məlumatına görə, tədbirin Azərbaycanda təşkili ölkənin qastronomiya potensialının beynəlxalq auditoriyaya təqdim olunmasına, turizm sahəsində investisiya və təhsil istiqamətlərində əməkdaşlıq imkanlarının genişləndirilməsinə, həmçinin beynəlxalq turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin inkişafına töhfə verəcək.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













