Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
Far.Az xəbər saytı

Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur


"Maraqlar toqquşması haqqında" qanun layihəsində vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsinə məhdudiyyət nəzərdə tutulur.

Far.Az xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən, eləcə də digər maddi-texniki avadanlıqlardan xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməyəcəklər.

Layihənin 4-cü maddəsində vəzifəli şəxslərin xidməti səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməsi də əsas tələblərdən biri kimi göstərilir.

Sənəddə maraqlar toqquşmasının qarşısının alınması və idarə olunması zamanı şəffaflıq, hesabatlılıq, dürüstlük, dövlət və ictimai maraqların üstünlüyü prinsiplərinə riayət edilməsi nəzərdə tutulur.

Qanun layihəsi qəbul olunacağı təqdirdə, bu müddəalar dövlət və bələdiyyə resurslarından istifadəyə nəzarət mexanizmlərinin tətbiqində əsas götürüləcək.

Oxşar xəbərlər

Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər