Maina Talia: “Dəniz səviyyəsinin artması ilə bağlı təcili şəkildə addımlar atılmalıdır"
Far.Az xəbər saytı

Maina Talia: “Dəniz səviyyəsinin artması ilə bağlı təcili şəkildə addımlar atılmalıdır"


COP29 iqlim dəyişikliyi ilə mübarizdə maliyyə əlçatanlığı üçün mühüm əhəmiyyət kəsb edir.

"Far.Az" xəbər verir ki, bunu Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 çərçivəsində keçirilən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyasında bildirib.

"İqlim dəyişikliyi Tuvaluda çox hiss olunur. Ada ölkəsi olan Tuvaluda bu dəyişikliyin birbaşa şahidi oluruq. Bizim ölkənin əhalisi iqlim dəyişikliyinə görə vətənlərini tək etməyə məcbur qalır. Amma bu, bizim üçün çox ağır, çətin qərardır", - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda dəniz səviyyəsinin artması ilə bağlı vəziyyət nəzarətdən çıxıb: "Bununla bağlı təcili şəkildə addımlar atılmalıdır. Növbəti onilliklərdə hansı hadisələrin baş verəcəyini bilmirik".

Nazir qeyd edib ki, COP29-da iqlim maliyyəsinə diqqət yetirilir: "Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri var. Bu mənada ümid işığı görürük. COP29 konfransı iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığı üçün mühüm əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər