Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən "ENQRAM" sərgisi açılıb.
"Far.Az" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar.
Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirib.
"ENQRAM" yaşanmış təcrübənin yaddaşda qorunub saxlanılmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək, rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir.
Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.
Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən "ENQRAM" fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.
Ekspozisiyada Aida Mahmudova, Altay Sadıqzadə, Əbdül Xalıq, Əşrəf Murad, Cavad Mircavadov, Fərhad Xəlilov, Gennadi Brijatyuk, Hüseyn Haqverdiyev, Kamal Əhməd, Mahmud Rüstəmov, Mahmud Tağıyev, Mikayıl Abdullayev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Qorxmaz Əfəndiyev, Rasim Babayev, Rəşad Babayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Tofiq Cavadov, Toğrul Nərimanbəyov və Ucal Haqverdiyevin rəngkarlıq ,qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
Sərgi çərçivəsində AISEL-in "SUBLIMINALS Manifestasiya Təcrübəsi" adlı musiqi performansı təqdim olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
-
Professor Adilə Abbasova vəfat edib













