Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər


Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneldə iştirak edib.

"Report" Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən xəbər verir ki, Amerika Araşdırmaları Mərkəzində təşkil olunan paneldə Gürcüstan və Ermənistanın səfirləri də iştirak ediblər.

Jurnalist Luka Ştaynmanın moderatorluğu ilə keçirilən müzakirələrdə regionda davamlı və inklüziv sülhün perspektivləri, regional ticarət və bağlantı arxitekturası, eləcə də digər mühüm beynəlxalq tərəfdaşlarla münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər