"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
Far.Az xəbər saytı

"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib


"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib.

"Far.Az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" – "Baku Sportinq" qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.

Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/2024 mövsümündə II təsnifat mərhələsinin "Turan Tovuz" – "Göygöl" (5:1) matçında qeydə alınan, 2024/2025 mövsümündə I təsnifat mərhələsinin "Şəki" – "Şəmkir" (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.

Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/2024 mövsümündə 11 matçda 3955, 2024/2025 mövsümündə 11 qarşılaşmada 2780, 2025/2026 mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.

I təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/2024 mövsümündə 5615, 2024/2025 mövsümündə 4560, 2025/2026 mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.

Qeyd edək ki, bu mərhələdə "Şimal" – "Araz-Naxçıvan" (50), "Marafon" – "Zaqatala" (300), "İmişli" – "Qaradağ Lökbatan" (20), "Kür-Araz" – "Sumqayıt" (600), "Qəbələ" – "Mingəçevir" (150), MOİK – "Şahdağ Qusar" (100), "Xankəndi" – "Gəncəbasar" (20), "Hypers" – "Şamaxı" (300), "Şəfa" – "Ağstafa Gəncləri" (50), "Zəngəzur" – "Karvan-Yevlax" (40), "Səbail" – "Zirə" (200), "Kəpəz" – "Baku Sportinq" (5000) matçları baş tutub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - Yenilənib-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər