Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib
Far.Az xəbər saytı

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib


Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda Əfqanıstan millisi ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası daha dəqiq olub - 3:2.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Oxşar xəbərlər

U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Mozambik yığmasına qalib gəlib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər