Azad edilmiş ərazilərdə 11 avtomat hidroloji stansiya qurulub
Far.Az xəbər saytı

Azad edilmiş ərazilərdə 11 avtomat hidroloji stansiya qurulub


İşğaldan azad edilən ərazilərdə hidrometeoroloji stansiyalar qurulub.

"Far.Az"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclasındakı çıxışında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov açıqlayıb.

V.Kərimov bu çərçivədə 11 hidroloji, 7 avtomat meteoroloji və 4 radioloji stansiyanın qurulduğunu diqqətə çatdırıb:

"İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və əhatə dairəsinin genişləndirilməsi çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi üzrə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 7 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib".

V.Kərimov həmçinin azad olunmuş ərazilərdə biomüxtəlifliyin artırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb:

"Bioloji müxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ərazilərinə 70 başadək (40 baş ceyran, 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik və 3 baş Bezoar keçisi) müxtəlif cinsli fauna növləri reintroduksiya edilib".

Oxşar xəbərlər

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
Ağdərə şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNİB
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərədə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər