Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir".
Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, şəhərdə XIX əsrin sonu və XX əsrin əvvəllərində inşa edilmiş çoxsaylı binalar mövcuddur. Lakin bu tikililərin hamısına eyni yanaşmaq olmaz:
"Belə ki, onların arasında mühüm memarlıq və tarixi əhəmiyyət daşıyan nümunələr var. Xüsusilə İçərişəhərdə, Səbail rayonunda və Bakının mərkəzi hissəsində yerləşən bir sıra tarixi binalar dövlət tərəfindən qorunur. Bu tikililərin sökülməsi məqsədəuyğun hesab edilmir. Hətta onların bərpası və təmiri zamanı belə müvafiq dövlət qurumlarından icazə alınması tələb olunur.
100 ildən artıq yaşı olan binalara İçərişəhərdəki orta əsrlərdən və XIX əsrdən qalma yaşayış evlərini, Fəvvarələr meydanı ətrafında neft milyonçuları dövründə inşa edilmiş tikililəri, İstiqlaliyyət küçəsindəki tarixi yaşayış və inzibati binaları, eləcə də Nizami küçəsində yerləşən XIX–XX əsr memarlıq nümunələrini aid etmək olar. Dilarə Əliyeva, Yüzbəy Mürsəlov küçələrində və Neftçilər prospektində də həmin dövrdən qalan binalar mövcuddur".
AQC sdəri əlavə edib k, Bakıda vaxtilə neft sənayesində çalışan fəhlələr üçün inşa edilmiş, lakin tarixi və memarlıq baxımından xüsusi əhəmiyyət daşımayan, istismar müddətini başa vurmuş binalar da var:
"Belə tikililərə xüsusilə neft hasilatı aparılan ərazilərdə, o cümlədən Ramana ətrafında rast gəlinir. Onların bir qismi artıq sökülüb, digərlərinin də mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Bu binaların texniki vəziyyətinin qənaətbəxş olmaması və yaşayış üçün yararlılığını itirməsi yenilənməni zəruri edir.
Baş plan çərçivəsində köhnəlmiş yaşayış fondunun yenilənməsi əsas hədəflərdən biri olsa da, bu proses tarixi-memarlıq irsinin qorunması prinsipi ilə uzlaşdırılmalıdır. Yəni binanın yaşı onun sökülməsi üçün yeganə meyar deyil. Əsas məsələ tikilinin tarixi və memarlıq dəyəri, texniki vəziyyəti və mühafizə statusudur. Tarixi əhəmiyyət daşımayan, istismar müddətini başa vurmuş və yaşayış üçün yararsız binaların isə yenilənməsi nəzərdə tutulur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













