Bəzi rayonlarda işıq olmayacaq
Oktyabrın 28-də Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə oktyabrın 28-də Ağdaş və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidmət ərazilərində bir sıra 6 və 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar Ağdaş şəhərində 20 Yanvar, Cəfər Cabbarlı, İstiqlal və Molla Pənah Vaqif küçələrində, 47-ci məhəllədə, Su 18 yaşayış massivində, eləcə də rayonun Aşağı Ağcayazı, Dəhnəxəlil və Yuxarı Ağcayazı kəndlərində, həmçinin Türyançay qəsəbəsinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Mingəçevirdə isə Heydər Əliyev prospekti, Aydın Məmmədov küçəsi və Şəfa bağları yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təminatı nəzərdə tutulur.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













