Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Far.Az xəbər saytı

Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir


Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Bundan əlavə, Koroğlu Rəhimov və Təbriz küçələrinin qovşağında yolun hərəkət hissəsinin genişləndirilməsi üçün ayırıcı zolağın sökülməsi işlərinə start veriləcək.

"Aparılacaq təmir işləri səbəbindən həmin ərazilərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ marşrutlardan yararlanmaları, yolda diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilir", - AAYDA bildirir.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər