Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir
Far.Az xəbər saytı

Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənəd əsasən, növbəti ildə “İşsizlikdən sığorta haqqında” qanunla təsbit edilmiş mənbələrdən yalnız sığorta haqları üzrə gəlir nəzərdə tutulub, bir mənbə üzrə əks etdirilmiş göstəricilər sair gəlirləri əhatə edib, digər üç mənbə üzrə hər hansı gəlir proqnozlaşdırılmayıb.

Belə ki, qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati cərimələr nəzərdə tutulsa da, təqdim edilmiş məlumatların təhlili və aparılmış auditin nəticələri göstərib ki, Fond cərimələr tətbiq etmir, nəticədə bu istiqamətdə gəlirləri olmur.

Bundan başqa, “Qrant haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar, eləcə də bank kreditləri üzrə üzrə hər hansı daxilolma nəzərdə tutulmayıb.

Qanun layihəsində sair gəlirlər üzrə 70 min manat nəzərdə tutulsa da, həmin gəlirlərin strukturu ilə bağlı hər hansı məlumat verilməyib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Hesablama Palatası: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər