Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib
Far.Az xəbər saytı

Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib


Rusiyanın paytaxtı Moskva istiqamətində oktyabrın 29-dan 30-na keçən gecə kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumu qeydə alınıb.

Far.Az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, oktyabrın 29-u saat 20:30-dan oktyabrın 30-u saat 07:30-dək Moskva istiqamətində ümumilikdə 862 PUA hərəkət edib.

Mer bildirib ki, onların əksəriyyəti şəhərdən uzaq məsafədə zərərsizləşdirilib. Moskva ətrafında isə 170 PUA-nın qarşısı alınıb.

Qeyd edək ki, oktyabrın 29-na keçən gecə də Moskva istiqamətində genişmiqyaslı PUA hücumu qeydə alınmışdı. Həmin vaxt 613 pilotsuz aparatın vurulduğu bildirilmişdi.

Oxşar xəbərlər

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər