Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Far.Az xəbər saytı

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi


Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, Quba rayonundakı bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.

Belə ki, məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevkaya isə Çinarlı ilə əvəz edilib.

Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbirlə, Alekseyevka isə Çinarlı ilə əvəzlənib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.

Həmin qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli adlandırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər