Berxtold: Avstriya şirkətləri energetika və texnologiya sahəsində Bakı ilə əməkdaşlığa töhfə verə bilər
Avstriya şirkətləri Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafına, eləcə də Bakı ilə Vyana arasında energetika və texnologiyalar sahələrindəki əməkdaşlığa əhəmiyyətli töhfə verə bilərlər.
"Report" xəbər verir ki, bunu Avstriyanın Azərbaycandakı səfiri Ettienn Berxtold Bakıda Avstriyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri Orta Dəhliz də daxil olmaqla, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsidir.
Berxtold vurğulayıb ki, energetika Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Bununla yanaşı, qarşılıqlı fəaliyyət imkanları bu sahə ilə məhdudlaşmır.
"Energetika Aİ və Azərbaycan arasında tərəfdaşlığın ən mühüm tərkib hissəsi və təməl daşlarından biridir, lakin yeganə istiqamət deyil. Bu tərəfdaşlığı, eləcə də Avstriya və Azərbaycan arasındakı əməkdaşlığı daha da gücləndirmək lazımdır", - o deyib.
Səfir həmçinin xatırladıb ki, cari ildə Avstriya Azərbaycan qazını almağa başlayıb. O, bu tədarükləri Avstriya və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə adlandırıb.
Bundan əlavə, Berxtold Avstriyanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
"Biz ümumi məqsədlərimizə nail olmaq üçün çalışmağa davam edəcəyik. Namizədliyimizi dəstəklədiyinə görə Azərbaycana da çox minnətdarıq", - diplomat deyib.
Səfir daha sonra humanitar yardıma və Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













