AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Far.Az xəbər saytı

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib


AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

"Far.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

İclas zamanı komitə üzvləri tərəfindən bəzi məsələlər müzakirə olunub.

Bunlar cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi, ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalıdır.

Həmçinin toplantıda bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalara, UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalına və digər məsələlərə baxılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
AFFA-nın icraçı vitse-prezidenti: Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər