Rusiya Prezidentinin köməkçisi: Moskva və Bakı iqlim sahəsində birgə layihələr planlaşdırır
Azərbaycan və Rusiya Samur sərhəd çayında iqlim layihəsi həyata keçirir.
“Report” xəbər verir ki, bu barədə “NEWS.ru”ya açıqlamasında COP29-da Rusiya nümayəndə heyətinin rəhbəri, RF Prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndə Ruslan Edelgeriyev bildirib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Azərbaycan və Rusiya arasında Samur çayının axımı ilə bağlı razılaşma sayəsində mümkün olub.
"Hazırda Samur transsərhəd çayında iqlim layihəsi həyata keçiririk. Bu çay ölkələrimizi ayırır və biz çayın məcrası boyunca iqlim layihəsini inkişaf etdirəcəyik. Bu, Azərbaycan və RF arasında Samur çayının axımı ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub. Ekoloji axım barədə dəqiq anlayış var. Ekoloji axıma əsaslanaraq su ehtiyatlarının istehlakını proqnozlaşdırmaq mümkündür. Belə razılaşmalar heç də bütün ölkələrdə yoxdur. Bizdə isə ideal şərait yaranıb və bu layihəni həyata keçirəcəyik", - xüsusi nümayəndə bildirib.
Onun sözlərinə görə, həmçinin karbon poliqonunun tikintisində Azərbaycana yardım göstərilməsi ilə bağlı müraciət var.
"Bundan əlavə, səhralaşma, torpaqların deqradasiyası prosesləri ilə birgə mübarizə aparmağımızla bağlı böyük müraciət də daxil olub", - R.Edelgeriyev əlavə edib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
The Independent: Azərbaycan çayı COP29-da mədəniyyət rəmzi və iqlim dəyişikliyi çağırışı kimi
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək













