Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib-3
Far.Az xəbər saytı

Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib-3


Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bu günlük başa çatıb və noyabrın 11-də davam edəcək.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Ukraynanın, Rusiyanın və ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları fasilədən sonra bərpa olunub.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

Əvvəllər məlumat verilmişdi ki, danışıqlar bir saat yarımlıq işdən sonra fasiləyə dayandırılıb.

Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-ın üçtərəfli danışıqları fasilə üçün dayandırılıb.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə danışıqlar qrupundakı mənbə bildirib.

Onun məlumatına görə, danışıqlar prosesi bir saat yarımlıq işdən sonra dayandırılıb.

Danışıqların nə vaxt bərpa olunacağı barədə hələ ki, məlumat daxil olmayıb.

Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb.

Bu barədə "Report" Rusiya mediasına istinadən xəbər verir.

Qeyd edək ki, görüşdə Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər