Vüqar Zifəroğlu: Azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmalıdır
Azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, cəmiyyət müasir dövrdə informasiya müharibəsi və ya manipulyasiyası kimi bir sıra ciddi problemlərlə üz-üzədir:
"Eyni zamanda, informasiya müharibəsində əsas hədəflərdən biri də ideoloji hədəflərdir. Azərbaycançılıq ideologiyası bu mənada bizim yalnız öz milli-mənəvi dəyərlərimizi və dövlətçilik ənənələrimizi qorumaq baxımından yox, həm də informasiya müharibəsində, yeni dövrün çağırışlarında bu ideologiyanın ətrafında daha sıx birləşməyimiz baxımından əhəmiyyətlidir. Bu ideologiyanın bizə öyrətdiyi təməl prinsiplərdən irəli gələrək mövcud manipulyasiyaların, bizə qarşı olan informasiya müharibəsinin modellərinin qarşısını ala bilək".
V.Zifəroğlu əlavə edib ki, Azərbaycançılıq ideologiyası milli dövlətçiliyin təməl prinsipidir:
"Bu mənada, məhz həmin ideologiyadan irəli gələn çağırışlar, həmçinin bizim bu gün bəzi hallarda üz-üzə qaldığımız informasiya müharibəsinə və media manipulyasiyasına qarşı mübarizəmizdə və həmçinin cəmiyyətimizin bu problemlərə qarşı özünəməxsus instinktinin formalaşmasında olduqca önəmli rol oynayır".
Mətbuat Şurasının sədri əlavə edib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələsi kimi məqamlar bugünkü media fəaliyyətinin gündəmdə saxlamalı olduğumuz mövzulardır:
"Faktiki olaraq görürük ki, sosial mediada baş verən proseslər, eyni zamanda son bir ayda müxtəlif mövzularda manipulyasiyalar və Azərbaycana qarşı aparılan çirkin kampaniyalar, yəni bütün bu məqamlar hamısı birmənalı şəkildə bizi jurnalist olaraq bu məsələlərdə olduqca həssas davranmağa məcbur edir".
YENİLƏNİR
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













