Azərbaycan şirkəti manatla, illik 15 % gəlirliliklə istiqraz buraxır
"BQ" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 1,36 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Far.Az" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 13 600 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları qarşılıqlı razılıq əsasında geri satın alına bilər.
Xatırladaq ki, "BQ"nin səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Azərbaycan şirkəti 2 milyon manatlıq istiqraz buraxır
Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib













